Ru
10:05 / 08 Dekabr 2022

Məktəblərdə printer almaq üçün pul yığılır - Nazirlikdən açıqlama - FOTO

12248
Orta məktəblərdə valideynlərdən süpürgə pulu, təmir pulu, hətta parta, lampa və dezinfeksiya vasitələri üçün pul yığılması geniş ictimai müzakirələrə səbəb olsa da, hələ ki problemin əsaslı həll yolu tapılmır.

Sosial şəbəkələrdə yayılan növbəri şikayət isə orta məktəblərdə ibtidai siniflərdən printer almaq üçün pul yığılması ilə bağlıdır.



Valideynlərdən biri sosial şəbəkədə ibtidai siniflərdə müəllimələrin valideynlərdən 15-20 manat məbləğində printer pulu yığıdığını iddia edib. Övladı müxtəlif məktəblərdə oxuyan 100-dən çox valideyn isə belə bir vəziyyətin mövcudluğunu təsdiqləyən şərhlər yazıblar.

Bu xəbərlər nə dərəcədə doğrudur? Təhsil Nazirliyinin balansında olan Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbləri lazımi avadanlıqlarla təmin edə bilmirmi?




Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib ki, belə bir faktın bütün məkətəblərə şamil olunması həqiqəti əks etdirmir:

“Sosial şəbəkədə hər yazılan məlumata görə Təhsil Nazirliyinin hədəfə alınmasını doğru hesab etmirəm. Şagird tutumuna görə bütün məktəblər printerlə təchiz olunub. Ola bilər ki, böyük məktəblərdə 2 printer kifayət etmir. Hər sinif üçün bir printer alınması tələbi də real deyil. Elə bir tələb yoxdur. Çünki Təhsil Nazirliyinin "Qaynar xətti" 24 saat fəaliyyət göstərir və bizə bu məsələ ilə bağlı şikayət daxil olunmayıb”.

Nazirliyin sözcüsü onu da qeyd edib ki, ümumilikdə qanunlar valideynlərin məktəblərə dəstəyini qadağan etmir:

“Bütün Avropa ölkələrində valideynlər məktəblərə dəstək olur. Amma bunu məcburən, xüsusi planlaşdırılmış şəkildə etmək olmaz. Bilirsiniz ki, təchizatın müəyyən qaydaları var. Hər ay məktəblərə hansısa avadanlıq verilə bilməz. Söhbət dövlət əmlakının verilməsindən gedir və bunun prosedur qaydaları var. Biz də istəyirik ki, məktəblərə verilən avadanlıqlara yaxşı baxsınlar, qorusunlar. Əgər valideynlər tərəfindən hər hansı bir dəstək olunursa, bu, gözəldir. O ki, qaldı məktəblərin printer, A4 kağızları ilə təchiz olunmasına, bütün məktəblər printerlə, katriclə, A4 kağızla və digər təsərrüfat avadanlıqları ilə təchiz olunur”.

Günel
BakuPost
Şərhlər
  • Gunay

    Menim oglumun sinifi ucunde printel almagi muellim isteyir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər