“Bu gün şagirdlər məktəb psixoloqlarının dəstəyindən kifayət qədər yararlana bilmirlər. Məktəblərdə sözün əsl mənasında yaxşı psixoloqlara çox ehtiyac var. Xüsusən də yuxarı sinif şagirdlərinin psixoloqlarla mütəmadi danışıqlar, söhbətlər aparması vacibdır”.
Bakupost.az xəbər verir ki, bunu
millət vəkili Etibar Əliyev deyib.
Millət vəkili qeyd edib ki, məktəblərdə psixoloqlar çatışmır: ”Psixoloqları hansı ali məktəb yetişdirir? Biz bilirik ki, burada psixologiyanın tədrisinin səviyyəsi hansı vəziyyətdədir. Yəni, onları psixoloq adlandırmaq olar, yoxsa olmaz? Onlar peşəkardır və ya qeyri peşəkar? Bu cür problemlər var”.
E.Əliyevin sözlərinə görə, şagird sayı çox olan ümumtəhsil məktəblərində bir neçə psixoloq olmalıdır. Ancaq bir şərtlə ki, onlar sözün yaxşı psixoloq olsun: “Fikrimcə, məktəblərə işini bilən psixoloqlar işə götürülməlidir. Təhsil müəssisələrində çalışan psixoloqların isə peşəkarlıq səviyyəsi artırılmalıdır. Onlar mütəmadi olaraq xüsusi təlimlərə, kurslara cəlb olunmalıdırlar”.
Sevinc
BakuPost