Ru
13:12 / 11 Yanvar 2023

Məktəblərdə xarici dil niyə zəif tədris olunur? - Açıqlama

4206
“Bu gün şagirdlərin dil öyrənmək üçün kurslara üz tutmasının əsas səbəbi məktəblərdə xarici dilin zəif tədris olunmasıdır. Xarici dil üzrə müəllimlər Azərbaycan Dövlət Pedoqoji, Bakı Slavyan və Azərbaycan Dillər universitetlərində hazırlanır. Bu universitetlərin məzunlarının çoxu 4 il təhsil almalarına baxmayaraq, nə xarici dildə normal danışmağı, nə də tədris aparmağı bacarırlar. Fənni tədris edən müəllimin dil bilgisi aşağı olduğu halda şagirdlərə necə xarici dil öyrədə bilər?”




Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Ekspert bildirib ki, bu gün əksər ​ümumtəhsil məktəblərində xarici dil fənninin tədrisi ilə bağlı metodik vəsaitlər, linqvistik aparatura və texnika demək olar ki, yox səviyyəsindədir:

"Təhsil haqqında qanun­un 19-cu, "Ümumi təhsil haqda qanun"un isə 13-cü maddəsində göstərilir ki, tam orta təhsil səviyyəsini bitirən hər kəs bir və ya bir neçə xarici dildə ünsiyyət qurmağı bacarmalıdır. Bu gün məktəblərdə xarici dil zəif tədris olunduğundan şagirdlərin çoxunun dil bilgisi, danışıq bacarığı yoxdur. ​Dili yaxşı bilənlər​ isə kurslara gedən şagirdlərdir. Təəssüf ki, bu gün ümumtəhsil məktəblərində xarici dilin tədrisi ilə bağlı ciddi problemlər var. 152 min müəllimin təqribən 30 mini xarici dil müəllimidir. Ancaq onların heç 10 faizi tədris etdiyi xarici dildə ünsiyyət qurmağı bacarmır. Bu səbəbdən də şagirdlər məcbur qalıb dil kurslarına üz tuturlar. Bu kurslar da kifayət qədər bahalıdır. Halbuki xarici dildə ünsiyyət saxlamaq, dil öyrənmək qabiliyyəti kurslarda deyil, məktəbdə formalaşmalıdır”.


Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər