Ru
14:52 / 07 İyun 2022

Məmurlar qohumlarını mə­ktəbə direktor təyin etdirir - Nazirlik qarşısını ala bilmir

3574
“Əgər yoxlanılsa, araşdırılsa o zaman məlum olar ki, bu gün ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorlarının əksər hissəsi kiminsə yaxını, qohumu, tanışıdır. Yəni direktorların çoxu kiminsə tapşırığı əsasında o işi icra edirlər”.


Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.





“Düzdür, direktorların işə qəbulu ilə bağlı imtahan keçirilir. Ancaq bu o demək deyil ki, direktorların işə qəbulu imtahanı keçirildiyi zaman hər bir direktor müvafiq müsabiqədə elan olunan yeri tutur. Təbii ki, böyük əksəriyyəti tuta bilmir. Yer tuta bilməyənlərdə də digər variantlara əl atırlar. Qohum, yaxın, tanışın köməkliyi ilə direktor seçilirlər. Bu da o deməkdir ki, təhsil prosesində konkret olaraq hansısa məmurun sözü keçir. Bu gün hər hansı bir məmur rahatlıqla qohumunu, yaxınını, tanışını istənilən məktəbə direktor təyin etdirir”.


E. Əfəndi bildirib ki, Təhsil Nazirliyi mövcud vəziyyətin qarşısını ala bilmir. Çünki nazirlik azad deyil, azad fəaliyyət göstərə bilmir. Əgər Təhsil Nazirliyi dövlət qarşısında vəsatət qaldırıb tam azad şəkildə, heç bir kənar şəxs və şəxslərin müdaxiləsi olmadan fəaliyyət göstərə bilsə, mövcud durum aradan qalxar:


“Bu zaman bütün məktəblərə direktorlar məhz nazirlik tərəfindən təyin olunar. Hər hansı bir məmur tərəfindən deyil”.


Sevinc
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər