Ru
20:42 / 16 İyun 2022

“Mən niyə istefa verməliyəm?” - Xanlar Vəliyev

2752
“Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı”.


Bakupost.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Hərbi Prokuror Xanlar Vəliyev “Tərtər cinayəti” qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibətində söyləyib.


Xanlar Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb:


“Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında Dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var.


Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb”.


“Tərtər işgəncələri”ndə adları çəkilən şəxslərin məsuliyyətdən kənarda qalması iddialarına necə yanaşırsınız” sualına Xanlar Vəliyev belə cavab verib:


“Hərbi Prokurorluq qanunla üzərinə düşən nə vəzifə varsa, onu da edib. Bu iş bağlanmamışdı. Açıq qalmışdı, onun da səbəbləri vardı. Sonradan bilirsiniz ki, müharibə başlandı. İndi bu gün bu iş davam edir. Gələcəkdə nə olacaqsa, onu Baş Prokurluqdan soruşa bilərsiniz”.


Həmçinin oxuyun:







Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Adam

    Artistlik etməyin!

  • Eli

    Men yazılanlar,deyilenlerdüzdürse ve çıx güman ki ekseriyyet fsktlar düzdür, 2000- den artıq işgence görmüş insanın hamısı talan danışa bilmez, onda bu adam onun etrafı ike birlikde istefaya yox içeri getmelifirler.Bunlar onun davadını edirler ki mehz bu günahı olsn hğquq mühafize orqanlarının işiçileri haqlı işgence görenler haqlı çıxsınlar nu isr öümkün olmayacaq,çünki Prezident siyadi irade qoyub ortaya ve srlin qabağında kiminse dayanacağını güman etmirik.

  • Eli

    Bu ölkede insanları iki qrupa bölmek olar:Vicdanlı ve vicdansızlar be onların her birini mecbur etmek lazımdır ki,and içib tövbe etdikden sonra Müqeddes Qurani Kerime el qoyub and içsinler ki,onlar hansı kateqoriyadandırlsr.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər