Ru
17:12 / 23 Noyabr 2022

Menecer işçiləri güllələdi: 7 ölü və xeyli yaralı var

1573
ABŞ-ın ən böyük supermarket şəbəkələrindən biri olan Walmart-ın Virciniya ştatının Çesapik şəhərindəki mağazasında menecerin işçilərə atəş açması nəticəsində azı 7 nəfər ölüb, xeyli insan yaralanıb.

Bakupost.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bu barədə Çesapik şəhərinin rəsmiləri məlumat verib.

Rəsmilərin dediyinə görə, atəş açan şəxs ölənlər siyahısındadır.

Polis məmuru Leo Kosinski bildirib ki, polis çərşənbə axşamı saat 22:15 radələrində Walmart supermarketində atışma barədə xəbər alıb. Onun sözlərinə görə, hadisə nəticəsində çoxlu ölən və yaralanan var. Lakin qurbanların sayı dəqiqləşməyib. Leo Kosinski polisin binada axtarış apardığını bildirib.

Hadisə yerinə 40-dan çox təcili tibbi yardım maşınının gəldiyi də bildirilib. Polis məmuru yarralıların hamısına tibbi yardım göstərildiyini qeyd edib.

"Çesapikdəki mağazamızda baş verən bu faciəli hadisə bizi şoka saldı... Zərərçəkənlər, şəhər sakinləri və əməkdaşlarımız üçün dua edirik”, - Walmart-ın yaydığı tvitdə deyilir.

Çesapik ABŞ Atlantik Donanmasının əsas bazasının yerləşdiyi Norfolkdan təxminən 11 kilometr cənubda yerləşir.

Hücum Kolorado ştatının Kolorado Sprinqs şəhərində homoseksual klubunda 5 nəfərin ölümü və 18 nəfərin yaralanması ilə nəticələnən atışmadan bir neçə gün sonra baş verib.


Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər