Ru
11:24 / 15 Sentyabr 2022

Telekanallar dilimizi məhv etməklə məşğuldur - Seyran Səxavət

3091
“Bu gün Azərbaycan dili təmiz məhv olmaq üzrədir. Bu proses sürətlə davam etdirilir və ən öndə gedən də televiziyalardır”.

Bu fikirləri Bakupost.az -a müsahibəsində tanınmış yazıçı Seyran Səxavət bildirib.


Azərbaycanda dil və təhsil problemlərindən danışan yazıçı xalq olaraq bir nömrəli problemimizin Azərbaycan dili və təhsilinin məhvə doğru yol alması olduğunu deyib:


“Bu günə kimi hamı elə bilirdi ki, bizim bir nömrəli problemimiz Qarabağdır. Hətta bir dəfə bir verilişə dəvət olunmuşdum. Aparıcı dedi, bizim bir nömrəli problemimiz Qarabağ problemidir. Dedim, o sizə elə gəlir. Mənim bir nömrəli problemim Qarabağ deyil. Məni həmişə narahat edən məsələ Azərbaycan dilinin reanimasiyada olması olub. Bu istiqamətdə xeyli iş görmüşəm, amma hələ ki kömək edən yoxdur. Bilirsiz, cümlə qurmaq dövlət qurmaq qədər çətindir".


S. Səxavət qeyd edib ki, Azərbaycan telekanalları örnək olmaq, Azərbaycan dilini təbliğ etmək əvəzinə dili məhv etməklə məşğuldur:

"İkinci böyük problem təhsilin səviyyəsidir. İllərdir Azərbaycanda təhsilin səviyyəsi bərbaddır və düzəlmir ki, düzəlmir”.


Günel
BakuPost
Şərhlər
  • t.ədalət

    Seyran müəllim,bizim dili ermənilər rus dilinin çərçivəsinə salıblar.Azərbaycan dili,gec də olsa türk dilinin çərçivəsinə salınmalıdır.Mübtəda ilə xəbərin uzlaşması bizim milli dilimizə uyğöun deyildir.Fikir verirsiniz,türkcə danışmaq özü musiqi kimi şirindir.Sovet dövründə ermənilər bizi türkçülük kökümüzdən ayırmaq üçün hər sahədə təxribat törədiblər.Təəssüflər olsun ki,Elmlər Akademiyasında filologiya üzrə alimlər tanıyıram ki,onlar "5 kolon"luğundan ayrılmır,bu gün də türtkçülüyümüzə daş atmaqla məşğuldurlar.(Məsələn,ptofessor Rəhim Əliyev).Odur ki,dil məsələsinə Türkiyə mütəxəssisləri ilə birgə baxmaq doğru olar.Əlbəttə,Türkiyənin söz birləşmələri və cümlə qurluşlarında olan və Avropa dillərindən gələn bəzi xətaları aradan qaldırmaqla ortaq dil yaratmaq vacibdir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər