Ru
11:15 / 26 Aprel 2022

“Mənim elə işçim olsa, bir dəqiqə işdə saxlamaram” - Aqil Abbas sürücünü döyən məmurdan danışdı

11161
Xəbər verdiyimiz kimi, Bakıda Bakıda “Lexus” markalı 10 VX 707 dövlət nömrə nişanlı avtomobilin sahibinin motosiklet sürücüsünü vurması və təhqir etməsi ilə bağlı görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.

Yayılan məlumatlarda qeyd edilir ki, sözügedən sürücü Sultan Tofiq oğlu Dadaşovdur və o, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiridir.


Sosial şəbəkə istifadəçiləri S.Dadaşovun cəzalandırılmasını tələb edir. Daxili İşlər Nazirliyi isə açıqlama yayaraq qeyd edib ki, görüntülər araşdırılır.


Bəs dövlət məmurunu hansı cəza gözləyir?


Məsələ ilə bağlı deputat Aqil Abbas Bakupost.az -a açıqlama verib.


Millət vəkili bildirib ki, vəzifəsindən asılı olmayaraq həmin məmur cəzalandırılmalıdır:


“Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmin məmur xuliqanlıq edib. Ona görə də cəzalanmalıdır. Əgər motosiklet sürücüsü şikayət edərsə, o, mütləq cəzalandırılacaq. Heç kimə döymək, təhqir etmək hüququ verilməyib. Konstitutsiyada hər kəsin hüquq bərabərliyi var. Vəzifəsi var, lap yaxşı, amma bu hərəkət yolverilməzdir. Həmin vəzifəli şəxsin işdən azad olunması barədə işlədiyi yer qərar çıxara bilər. Cəzalandırılarsa, işdən çıxarıla bilər. Əgər mənim elə işçim olsa, bir dəqiqə işdə saxlamaram. Çox güman ki, cəzalanacaq. Məmur olmur, qeyri məmur olsun, ona kimisə döymək hüququ verilməyib. Cənab Prezident deyir ki, dövlət məmuru xalqın xidmətçisidir. Xalqın xidmətçisi belə iş görməməlidir”.






Fəridə
Baku Post
Şərhlər
  • t.ədalət

    Bu adamı heç kim cəzalandıra bilməz.Onlar işə Bəylər Eyubovun razılığı ilə götürülür.Hələ ki Azərbaycanda məsul işə və vəzifələrə öz yaxınlarını götürürlər,deməli qanunlarla çəkmə dolağı arasında fərq yoxdur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər