Ru
16:58 / 10 May 2022

Merilin Monronun tablosu 195 milyon dollara satıldı

3688

Əfsanəvi aktrisa Merilin Monronun portreti dünyanın 2-ci ən bahalı rəsmi olub.


Bakupost.az xəbər verir ki, amerikalı rəssam Endi Varolun çəkdiyi “Shot Sage Blue Marilyn” adlı portret XX əsrin ən bahalı sənət əsəri olub.

Rəsm əsəri Nyu-Yorkda “Christie’s” hərrac evində satışa çıxarılıb.

Əsər 170 milyon dollara satılıb. Vergi və xərclərlə birlikdə ümumi maliyyə xərci 195 milyon dollar təşkil edib.

Bununla da foto dünyanın 2-ci ən bahalı əsəri olaraq qeydə alınıb.

Rəsm Merilin Monronun ölümündən 2 il sonra 1963-cü ildə çəkilib. Sənətçi, Monronun 1953-cü ildə “Niagara” filmi üçün çəkdirdiyi bir fotonu əsas alıb.

Qeyd edək ki, dünyada ən qiymətli əsər isə Leonardo da Vinçinin “Salvator Mundi” adlı əsəridir. Tablonun son satış dəyəri 450 milyon dollar təşkil edib.





Aynur
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər