Ru
14:33 / 25 Noyabr 2022

Merkeldən Putinlə bağlı etiraf: “Onu inandırmağa gücüm çatmadı”

1408
Angela Merkelin Putinlə bağlı etirafı dünya mediasının gündəmini zəbt edib.

Bakupost.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin Almaniyanın “Der Spiegel” nəşrinə verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə bağlı açıqlaması dünya mətbuatında gündəm olub.

Putinlə vəzifədə olduğu son günlərdə görüşdüyünü deyən Merkel onu heç cür Ukrayna ilə müharibəyə başlamaması mövzusunda razı sala bilmədiyini deyib: “Mənim bu danışıqları aparıb ona təsir edəcək gücüm yox idi. Axı hamı bilirdi ki, payızda gedəcəyəm”.

Merkel 2021-ci ilin yayında Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Putinlə ikitərəfli danışıqlar təşkil etməyə çalışdığını, lakin Putini yola gətirə bilmədiyini deyib.

Rusiya lideri ilə son görüşünü dəyərləndirən Merkel, "Onun hissiyyatı çox açıq və dəqiq idi. Putin üçün önəmli olan gücdür" deyib.

Bundan əlavə, Merkel qeyd edib ki, digər danışıqlardan fərqli olaraq, onların sonuncu görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da onlarla birlikdə olub.

Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər