Ru
11:35 / 04 Avqust 2022

Məşhur aparıcı 1,5 milyardlıq mülk aldı - Villanın öz çimərliyi var

1810
Rusiyalı aparıcı Kseniya Sobçak yeni apartament əldə edib. Onun dəyəri 1,5 milyard rubldur.

Bakupost.az xəbər verir ki, Soçidə yerləşən penthaus Qara dənizin sahilində yerləşir, özünün çimərliyə şəxsi çıxışı var.

Bu həmin ərazidə ən bahalı yaşayış kompleksidir.

Penthausun sahəsi 1400 kv metrdir, bir kv. metrin bazar dəyəri 1 milyon rubldur.

Kompleksin özünün SPA mərkəzi, istirahət guşələri, restoranı, hovuzu var.

Əvvəllər də Sobçak Dubayda lüks mənzil almışdı.

O, gəlirinin yarısını daşınmaz əmlaka investisiya etdiyini gizlətmir və bunu gələcəyə uğurlu yatırım hesab edir.

Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər