20.39
“Baku Medical Plaza” estetik cərrah Dilqəm Məhərrəmovla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Məsələ ilə bağlı "AZERA Holdinq"in Biznesin inkişafı Departamentinin rəhbəri Elnur Kələntərov
Bakupost.az -a açıqlamasında bildirib ki, Dilqəm Məhərrəmovun çalışdığı klinika "AZERA Holdinq"in daxilində fəaliyyət göstərən klinikalar şəbəkəsinə aiddir:
"Rəsmi olaraq bildiririk ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Dilqəm doktor işinin başındadır".
20.32
Məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən Dilqəm Məhərrəmovun vəkili bildirib ki, müvəkkilinə sertifikasiya şəhadətnaməsinin verilməməsi barədə xəbərlər həqiqəti əks etdirmir. O əlavə edib ki, sabah məsələ ilə bağlı sənədləri mediada yayacaqlar.
17.58
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, məşhur plastik rekonstruktiv cərrah, xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan Dilqəm Məhərrəmovun da lisenziyasının vaxtı bitib və ona yeni sertifikasiya şəhadətnaməsi verilməyib.
Qeyd edək ki, onun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrah kimi fəaliyyət göstərirdi. Sertifikasiya şəhadətnaməsi ləğv edilənlər arasında N.Əhmədovanın da adı var.
D.Məhərrəmov və həyat yoldaşının işlərinə davam edib-etməyəcəyi sual altındadır.
Aygün, BakuPost