Ru
23:44 / 26 Oktyabr 2026

Netanyahu üçün təhlükəli nəticə: Hakimiyyət əldən gedir?

Netanyahu üçün təhlükəli nəticə:  Hakimiyyət əldən gedir?
Eye

İsraildə keçirilən parlament seçkilərinin qeyri-rəsmi ilkin nəticələri açıqlanıb.

"Bakupost" İsrail KİV-ə istinadən xəbər verir ki, müxtəlif sorğu agentliklərinin məlumatlarına və müşahidəçilərin araşdırmalarına əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 27 mandatla öndədir.

İlkin nəticələrə görə, Qadi Eyzenkotun “Yaşar” partiyası 23, Naftali Bennett və Yair Lapidin birgə bloku isə 16 mandat qazana bilər.

Ərəb partiyalarının ümumilikdə 16 mandat əldə edəcəyi proqnozlaşdırılır. Bu göstərici rekord nəticə kimi qiymətləndirilir.

Avigdor Libermanın “Bizim ev İsrail” partiyasına 9, Yair Qolanın rəhbərlik etdiyi Demokratlar Partiyasına 7, İtamar Ben-Qvirin “Otzma Yehudit” partiyasına isə 6 mandat proqnozlaşdırılır.

Bundan başqa, ŞAS partiyasının 5, “Yahadut HaTora” və Bezalel Smotriçin “Tkuma” partiyalarının isə hər birinin 4 mandat əldə edəcəyi gözlənilir.

Qeyri-rəsmi hesablamalara əsasən, Netanyahu və müttəfiqləri ümumilikdə 47 mandat qazana bilər. Libermanın partiyası da bu bloka qoşularsa, mandatların sayı 56-ya çatacaq.

Müxalifətin isə 55 mandat əldə edəcəyi proqnozlaşdırılır.

Beləliklə, ilkin nəticələrə əsasən, nə Netanyahu bloku, nə də müxalifət hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu təmin edə bilir.

Şərhlər
  • Əli Dövlətov

    az ara qarışdır

  • Seferova Terana

    Bu mahninin na da reksin hec birinin Azerbaycanla elaqesi yoxdu

  • Arzuman

    buna deyirler,araqarışdıran jurnalist,reytinq xatirine ne qardaşlığı,ne de dostluğu nezere almırsınız

  • Vagif ismayilov

    Cox heyif ,hec kozlemediyimiz......

  • Cemile

    Niye ara qatirsiniz,bu ne geyim nede reqs elementleri ne de musiqi baximindan bizim milli reqsimiz deyil ,besdiniz ara qatirsiniz ayib olsun size reytinq xetrine her cur rezilliye el atirsiniz

  • Məlahət Abdullayeva

    Bu nə Azərbaycan rəqsdir, nə də Azərbaycan mahnısı. Özu üçün oynayır, bir az özbək rəqs elementləri var.

  • Fazil Əkbər

    Ünvanına yazılan şərhlərdən nəticə çıxart LALƏ XANIM

  • Yetmalı

    Bu azərbaycan rəqsi və musiqisi deyil,özünüzdən sarsaq xəbərlər yazmayın,lalə get zurnanı çal...

  • Məmmədova Solmaz

    Üzdəndə gpstərilən rəqsdə Türkkiyədəki kürdləri təmsil edir daha çox,ayıb olsun bu dəhnəciyin rejissyoruna!

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar