Ru
19:57 / 22 Noyabr 2022

Messidən məğlubiyyət açıqlaması: "Bəhanəyə yer yoxdur"

3499
“Heç bir bəhanəyə yer yoxdur. Biz həmişəkindən daha sıx birləşəcəyik. Komandamız güclüdür və bunu göstərdik”.


Bakupost.az bildirir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları C qrupunun ilk tur oyunundan sonra deyib.


Futbolçu bu məğlubiyyəti gözləmədiklərini bildirib:


“Uzun müddətdir qarşılaşmadığımız bir vəziyyətdir. Bizim üçün ağır zərbə oldu. Amma əsl komanda olduğumuzu göstərməliyik”.


Qeyd edək ki, Argentina yığmasının yeganə qolunu penaltidən Lionel Messi vurub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər