Ru
20:37 / 14 Yanvar 2022

"Meta" feysbuk istifadəçilərinin şəxsi məlumatlarını ələ keçirməkdə ittiham edilir

402
Böyük Britaniyada “Meta” şirkətinə qarşı feysbuk istifadəçilərinin şəxsi məlumatlarından istifadə olunması ilə bağlı 2,3 milyard funt məbləğində iddia qaldırılıb.

Bakupost.az xəbər verir ki, iddia sahibi hüquqşünas Lovdal Qormsen bildirib: “Onlar istifadəçilərinin şəxsi məlumatlarını lazımi təzminat ödəmədən ələ keçirirlər. Məncə, istifadəçilər həmin şərtlərə və müddəalara razılıq verərkən bunun nə qədər ədalətsiz olduğunu tam dərk etmirlər”.

2015-ci il 1 oktyabr tarixindən 2019-cu il 31 dekabrınadək dövrün əhatə etdiyi iddiada “Meta”nın 1998-ci il Rəqabət Qanununu pozduğu, feysbuka pulsuz girişə şərait yaradaraq, istifadəçilərin şəxsi məlumatlarını reklamçılara verməklə külli miqdarda gəlir götürdüyü göstərilir.

İddiaçı feysbuk istifadəçilərinə vurumuş ziyanı 2,3 milyard funt məbləğində dəyərləndirib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər