Ru
14:59 / 03 Avqust 2022

“Meyvəli bazarın"da şortik qadağası: Hamının anası-bacısı var - FOTO

5084
Sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı”na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb.


Bazarda yerləşdirilmiş elan geniş müzakirələrə səbəb olub və belə bir qadağanın qoyulması sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.





Bakupost.az xəbər verir ki, “Meyvəli bazarı”nın direktoru Anar Novruzov Modern.az-a açıqlamasında elanın doğru olduğunu təsdiqləyib.


A.Novruz bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir:


“Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.


Qeyd edilib ki, şort qadağası yalnız kişilər üçün nəzərdə tutulur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər