Ru
15:41 / 18 May 2022

Meyxanada çürük xurafat düşüncədən istifadə edirlər - Murad Köhnəqala

2203
“Xeyli meyxana videolarına qulaq asdım, bu sənəti anlamağa çalışdım. Gəldiyim son qərar budur ki, meyxana əruzda hərbə-zorba gəlmə, söz soxma, hətta rəqiblərin biri-birini aşağılama sənətidir.


Bakupost.az xəbər verir ki, bunu tanınmış şair Murad Köhnəqala deyib.


O, meyxananın bəzi xüsusiyyətlərini bəyəndiyini vurğulayıb: “Onların deyişmə prosesində atmacalara, məzələnmələrə, aşağılayıcı ifadələrə tolerant yanaşmasını, dözüm göstərməsini, bunu meyxana sənətinin müəyyən şərti kimi qəbul etmələrini bəyəndim.
Bəyənmədiyim nüanslar isə İran mollalarının təsiri ilə mənimsədikləri çürük xurafat düşüncədən istifadə etmələri oldu.
Etiraf etməliyik ki, beynində saniyələr içərisində rədifə uyğun olan, həm də qarşıdakına cavab biçimində bir bənd şeir quraşdırıb ahənglə dilə gətirmək xüsusi istedad tələb edir. Məlum şərtlərə görə meyxanaçıdan yüksək intellekt tələb eləmək də düzgün olmazdı. Bu mənada, hər bir meyxanaçıda xüsusi istedad gördüm. Ancaq həmin meyxanaçılardan Ağamirzə Çıldağın hiss olunan daxili saflığı ilə qarışmış çılğınlığını, Rəşad Dağlının hazırcavablığını, Pərviz Bülbülənin isə yeniliyə meyilliliyini, novatorluğunu daha çox bəyəndim”.


Şair Rəşad Dağlının dindarlardan üzr istəməsi məsələsinə də toxunub:

“Meyxanaçı Rəşad Dağlının İran mollalarının təşəbbüskeşlərindən üzr istəməyə məcbur edilməsi məni də narahat elədi. Belə ki, bir Azərbaycan vətəndaşının düşmən İranın mollasına görə üzr istəməsi pisimə gəldi. Əlbəttə, bu cür lincetmə qətiyyən yolverilməzdir!”.




E.Mirzəyev
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər