Ru
15:14 / 05 Dekabr 2022

Mikroavtobus ağaca çırpıldı, 8 nəfər yaralandı

1877
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a verilən məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes-Vito” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elxan Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər