Ru
19:54 / 15 İyun 2022

Milli Qəhrəmanın qızı ilə qazimizin toyudur - FOTO

1071
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyovanın toyudur.


Bakupost.az xəbər verir ki, Regina Vətən müharibəsi qazisi Denis Quzlayevlə ailə həyatı qurur.

Qeyd edək ki, Denis Quzlayev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb. O, bir neçə mürəkkəb əməliyyat keçirib. Denis "Füzulinin azad edilməsinə görə" medalı ilə təltif edilib.

Reginaın atası Yuri Kovalyov 1990-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinə daxil olub, Goranboy, Xocavənd, Ağdam və digər bölgələrdə şücaətlə vuruşub. 1991-ci il oktyabrın 3-də Xocavənd rayonu ərazisində pusquya düşüb, axıracan vuruşub və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər