Ru
21:13 / 03 Sentyabr 2024

Mingəçevir Xəstəxanasına yeni direktor təyin olundu

1377
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, xəstəxananın direktor vəzifəsi Ülfət Qurbanova həvalə olunub.

Qeyd edək ki, Ülfət Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.

O, 2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini, baş həkim vəzifələrində çalışıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar