Ru
13:53 / 13 Sentyabr 2024

Maaş və pensiyalar nə qədər artacaq? - Açıqlama

11030
Məlum olduğu kimi, minimum əməkhaqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabrın 1-nə qədər təkliflər təqdim olunacaq. Həmin təkliflər müvafiq dövlət qurumları, o cümlədən Maliyyə Nazirliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən 2025-ci ilin büdcə paketi çərçivəsində baxılıb müzakirə ediləcək.




Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, noyabr ayında büdcə zərfinə baxılması prosesi başlayacaq, dekabrda isə 2025-ci illə bağlı yeni büdcə qəbul olunacaq. Büdcə müzakirələri zamanı minimum əmək haqqının artırılması ilə bağlı qərar verilə bilər. Əmək haqlarında 10 faiz civarında artım da gözləniləndir:

“Yanvar ayından minimum əməkhaqqının hansı formada olacağı bilinməsə də, artımın olması dəqiqdir. Təqaüdlərlə bağlı artım isə Prezidentin verdiyi qərar və ya fərmandan asılı olacaq. Təqaüdlərin artımının da 8-10 faiz olacağı gözləniləndir”.


Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar