Ru
17:00 / 15 Sentyabr 2022

Minlərlə gənc orduya yazılmaq üçün müraciət edir - VİDEO

7546
Məlum olduğu kimi, hazırda Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşanır.

Son 1 ayda demək olar ki, hər gün düşmən ardıcıl təxribatlar törədir, mövqelərimizi atəşə tutur, eləcə də Kəlbəcər, Laçın və digər rayonlarda həyata keçirilən infrastruktur layihələrə cəlb olunan şəxslər, onların istifadə etdiyi texnika düşmən atəşinin hədəfinə çevrilirdi.


Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında isə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib.

Nəticədə Azərbaycan ordusunun 71 hərbçisi şəhid olub, yaralılarımız var.


Düşmənin azğınlığı, sülh bəyanatlarında üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirməməsi, əksinə münaqişəni yenidən alovlandırmaq üçün ardıcıl təxribatları, döyüş postlarımıza xaincəsinə hücumu Azərbaycanda böyük hiddətə səbəb olub. Xüsusən də gənclər və yeniyetmələr ayağa qalxaraq, düşmən ölkənin xain hücumunu pisləyir, ordumuzla birlik nümayiş etdirir və təxribatlara son qoyması üçün Ermənistanın ciddi cəzalandırılmasını tələb edirlər.





Şəhidlərimizin dəfn mərasimlərinə qatılan minlərlə insan “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndirir, Azərbaycan xalqının birliyi və düşmənə nifrətini nümayiş etdirilər.


Baş verən bu hadisələrdən sonra könüllü olaraq orduya yazılmaq istəyən gənclərin sayı da artıb.

Bununla əlaqədar Bakupost.az saytına da xeyli müraciətlər daxil olub.


Redaksiyamıza zəng edən gənclər könüllü olaraq orduya getmək üçün hara müraciət etmək lazım olduğunu soruşur, məsləhət istəyirlər.


Həmçinin, saytda digər xəbərlərə də yüzlərlə, minlərlə şərhlər gəlir. Onlar Orduya yazılmaq üçün əlaqə nömrələrini qeyd edir, əsgərlərimizin yanında olduqlarını bildirirlər.


Onlardan bəzilərini təqdim edirik:




Qeyd edək ki, 2020-ci ilin iyulunda saytımızda səfərbərliklə bağlı material dərc olunmuşdu. Həmin materialda orduya könüllü yazılmaq üçün hansı addımlar atmaq, haraya müraciət etmək lazım olduğu izah edilirdi.


Son günlər bu məsələ ilə bağlı dəfələrlə zənglər və mesajlar aldığımızdan həmin videomaterialı yenidən yaymaq qərarına gəldik.







Elnur
BakuPost
Şərhlər
  • Sebuhi Rzayev

    Ehtiyyatda olan baw kewfiyyatci 2010/2011 mende haziram doyuwe 0516960009

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər