Ru
16:56 / 20 Yanvar 2023

Misir Mərdanov Seymur Talıbovun 15 yaşında necə tələbə olmasından danışdı

26357
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bunun mümkün olduğunu deyib.

O, S.Talıbov haqda dəqiq bir söz deyə bilməyəcəyini qeyd edib:

“Ümumiyyətlə, 15 yaşında tələbə adı qazanmaq mümkündür. Çünki elə adam var, məktəbə 5 yaşında gedib. Amma konkret S.Talıbovun neçə yaşında məktəbə getdiyini bilmirəm. Onu da deyim ki, bəzi hallarda mən də 15 yaşlı tələbəyə rast gəlmişəm”.




Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, bu, nazirliyə aid olan məsələ deyil:

“Bununla bağlı bir söz deyə bilmərəm, çünki universitetə aid olan məsələdir. Amma bircə onu deyə bilərəm ki, 15 yaşında universitetə qəbul olmaq mümkündür”.


Şərhlər
  • Əhmədov Əvəzxan

    Mənim 69 yaşım var 1953 24 noyabr 1969 1 sentyabrda tələbə olmuşam yeni 16 yaşım tamam olmamış burda nə var ki........

  • Əbülfət Məmmədov.

    Azərbaycanda mümkündür deyir Misir müəllim,açıq demir ki, o Talıbovun oğludur.

  • resad me

    MİSİR MERDANOVOVUN BU HADİSELERDEN XEBERİ YOXSA DEMEK GUNAH MELEYKE ABBASDADİR HEMİSE OLDUGU KİMİ BİRİNCİ REAKSİYA VERİR. ÇUNKİ NE QEDER GUNAHI OLDUGUNU BİLİR.

  • Camal

    "Amma konkret S.Talıbovun neçə yaşında məktəbə getdiyini bilmirəm." Bilmirsənsə, dəqiqləşdir, sonra fikrini de və MÖVQEYİNİ BİLDİR....

  • t.ədalət

    Cinayət torbasının dibi yırtıldıqca cinayətkar dəstə də aşkara çıxır.V.Talıbovun oğlunun 15 yaşında tələbə olması ölkəmizin nə qədər dəhşətli bir idarəetmə forması olduğuna görə bizi utandırır.Kürdüzmin törətdiyi bəlaların çoxu hələ cındır altındadır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər