Ru
12:55 / 29 İyul 2022

Misir Ukrayna buğdasından imtina etdi

1825
Misirin Məhsul çatdırılma üzrə baş idarəsi Ukraynanın 2 böyük kampaniyası ilə bağladığı taxıl öhdəliyini ləğv edib.

Bakupost.az xəbər verir ki, müqaviləyə əsasən Kernel aqroholdinqi Misirə 250 min ton buğda çatdırmalıydı. Buğdanın sifarişçisi dövlət idi.

Məlumata görə, 4 hissə buğda müharibə başladığından yüklənə bilməmişdi.

Müqavilədə fors-major hallar barədə qeyd də yox idi.

Dekbarda sifariş olunan buğdanın hər tonuna 360 dollar ödənilməliydi. Amma apreldə qiymət hər tona görə 494 dollar olub.

Aprel ayından Ukraynada Misirə çatacaq 300 min ton buğda ilişib qalmışdı.

Misir öz strateji ehtiyatını artırmaq üçün Hindistan buğdası alıb.

Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər