Ru
11:48 / 24 May 2022

Moldovanın keçmiş prezidenti saxlanıldı

3807
Moldovanın sabiq Prezidenti İqor Dodon 72 saatlığına saxlanılıb.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, Baş Prokurorluğun antikorrupsiya idarəsi ilə informasiya və təhlükəsizlik xidmətinin əməkdaşları keçmiş prezidentin evində axtarış həyata keçiriblər.

O, iş adamı Vladimir Platxotnyukdan rüşvət almaqda ittiham olunur.


Belə ki, cinayət işinə əsas kimi Dodonla Demokratlar Partiyasının o vaxtkı lideri Vladimir Plahotnyuk arasında 2019-cu ilin iyununda keçirilən görüşün videoyazıları dayanıb. Demokratlar Partiyasının ofisində lentə alınan videogörüntülərdən görünüb ki, Plahotnyuk Dodona iri qara paket verir. Söhbətdən aydın olub ki, paketdə o zaman Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyasını maliyyələşdirmək üçün nəzərdə tutulan pullar var.

Qeyd edək ki, sözügedən videogörüntülər 2020-ci ildə millət vəkili İurie Renita tərəfindən dərc edilib. Həmin ilin iyun ayının sonunda Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu “yoxlama zamanı cinayət tərkibinin aşkar edilmədiyini” qeyd edərək, videoçəkilişlər əsasında cinayət işi başlatmaqdan imtina edib.

Kişinyov Apellyasiya Məhkəməsi (CA) 2019-cu ildə Dodona qarşı cinayət işinin başlanmasını rədd edən Kişinyov məhkəməsinin qərarını, habelə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəis müavininin bu məsələ ilə bağlı verdiyi sərəncamı ləğv edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər