Ru
18:31 / 01 Dekabr 2022

Molla Nəsrəddin lətifələri, pəhləvanlıq, çay mədəniyyəti... - UNESCO-nun irs siyahısında

3536
Azərbaycanın Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanla birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” nominasiyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.


Bakupost.az UNESCO-nun rəsmi saytına istinadən xəbər verir ki, qərar Mərakeş Krallığının Rabat şəhərində keçirilən, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında verilib.


Qərara əsasən, Azərbaycanın irəli sürdüyü “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” nomaniyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.


Həmçinin, “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan və Türkiyə) Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.


Molla Nəsrəddin lətifələri, pəhləvanlıq, çay mədəniyyəti... - UNESCO-nun irs siyahısında
Molla Nəsrəddin lətifələri, pəhləvanlıq, çay mədəniyyəti... - UNESCO-nun irs siyahısında
Molla Nəsrəddin lətifələri, pəhləvanlıq, çay mədəniyyəti... - UNESCO-nun irs siyahısında
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər