Ru
15:20 / 02 Dekabr 2022

“Moskva öz zəifliyini İrəvanın üstünə atır” - Lavrov erməni politoloqları qəzəbləndirib

2198
Ötən gün Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Avropanın təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransda söylədiyi bir sıra fikirlər Ermənistan siyasətçilərinin narazılığına səbəb olub. Lavrovun, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulaması erməni köşə yazarlarını və politoloqlarını hiddətləndirib. Dünəndən bəri erməni mətbuatında qərəzli köşə yazıları və açıqlamlar dərc olunur.


Bakupost.az xəbər verir ki, Ermənistanın köşə yazarlarından Mariam Levina "Novosti Armeniya"ya Lavrovun söylədiyi fikri şərh edərkən onun böyük səhvə yol verdiyini yazıb. Yazar iddia edir ki, Alma-Ata Bəyannaməsi imzalananada Qarabağ Azərbaycanın tərkibində deyildi:


“Bəyannamədə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək” yazılıb. Alma-Ata Bəyannaməsi imzalananda - 21 dekabr 1991-ci ildə - Qarabağ Azərbaycanın tərkibində deyildi. 1991-ci il sentyabrın 2-də Qarabağın, keçmiş DQMV-nin, Şahumyan bölgəsinin və Getaşen subregionunun yenidən birləşdirilməsi yolu ilə Dağlıq Qarabağ Respublikası elan edilmişdi. 1991-ci il dekabrın 10-da beynəlxalq hüquq normalarına və sovet qanunvericiliyinə ciddi riayət olunmaqla referendum keçirildi. Burada DQR vətəndaşlarının böyük əksəriyyəti Dağlıq Qarabağ Respublikasının müstəqilliyinə səs verdi. Yeri gəlmişkən, bu prosesdə o dövrdə respublikada yaşayan azərbaycanlılar da iştirak edirdilər. Onlara bülletenlər verildi, bülletenlər erməni, rus və Azərbaycan dillərində idi. Düzdür, səs vermədilər, amma bu, nəticəni dəyişmədi. Səsvermədə iştirak etməmək vətəndaşların hüququdur. Ona görə də Alma-Ata bəyannaməsindən danışarkən bütün mənzərəni təqdim etməliyik. O vaxt Artsax Azərbaycanın bir hissəsi deyildi. Artsax 1988-ci ildən faktiki olaraq Azərbaycanın nəzarətindən kənarda qaldı. 1991-ci ildə bu, artıq de-yure idi”.


Erməni politoloq Tevan Poqosyan da Rusiya Xarici İşlər naziri Lavrovun fikirlərinə qarşı çıxıb. O bldirib ki, hər bir ölkənin xarici işlər naziri öz ölkəsinin maraqlarını təmsil edir:


“Dünən ictimai rəy sorğusu keçirilib və ermənilərin 90 faizi deyib ki, biz Qarabağı heç bir halda Azərbaycanın bir hissəsi kimi təsəvvür etmirik. Bizim Qarabağın Azərbaycanın tərkibində olmasına icazə verməyə haqqımız yoxdur. Lavrov öz ölkəsinin maraqlarına uyğun min cür söz deyə bilər. İndi növbə erməni millətindədir. Erməni milləti səsini ucaltmalıdır”.


Digər erməni politoloq Hakob Badalyan isə Lavrovun belə bir açıqlama verməsini Moskvanın acizliyi və zəifliyi kimi qiymətləndirib və Qarabağın statusu məsələsinin Ermənistan-Azərbaycan sərhədləri ilə heç bir əlaqəsi olmadıını vurğulayıb:
“Bu, öz müqəddəratını təyinetmə məsələsidir və ərazi bütövlüyü məsələsi ilə heç bir ciddi əlaqəsi yoxdur. İllərdir Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi danışıqlar prosesində iştirak edib. Sual yaranır ki, bu müddət ərzində Azərbaycanın ərazi bütövlüyü sual altında qalıbmı? Əlbəttə, yox. Amma Qarabağın statusu məsələsi də müzakirə olunub. Ərazi bütövlüyü xalqların öz müqəddəratını təyinetmə hüququ və güc tətbiq etməmək prinsiplərinin birləşməsi ilə mövcuddur. Lavrov sadəcə olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı "Rusiya versiyası"nı həyata keçirmək məsələsində Moskvanın zəifliyini İrəvanın üzərinə atmağa çalışır. Bu nöqteyi-nəzərdən Alma-Ata bəyannaməsi ilə Qarabağın statusu məsələsini qarşılaşdırmaq düzgün deyil”.

Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər