Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:02 / 16 Oktyabr 2024

Moskva Qafqazda hərbi mövcudluğunu azaldacaq - Rusiyalı ekspert

2884
Rusiyanın həm Ermənistanda, həm də Azərbaycanda mövcudluğu, Qərbin sanksiyaları altında Moskvanın xarici ticarətdə üzləşdiyi problemlərə vurğu edilməklə yenidən formatlaşdırılır.

Bakupost.az xəbər verir ki, bunu “Ermənistan xəbərləri”nın müxbiri ilə söhbətində rusiyalı politoloq Andrey Areşev deyib.

Onun fikrincə, bu məsələdə qarşılıqlı faydalı əlaqələr olacaq və onlar təkcə dövlət qurumları deyil, ayrı-ayrı şirkətlər, korporasiyalar səviyyəsində də inkişaf edəcək.

Azərbaycanın timsalında enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət daşıyır, Ermənistanla əlaqələrin də öz məhsul qrupları var.

Təhlükəsizlik məsələlərinə gəlincə, vəziyyət dəyişir. Türkiyə daha çox əhəmiyyət kəsb edir. Çünki təkcə Bakı deyil, İrəvan da bununla razılaşır.

Bu məsələdə Rusiya yeni yaranan şərtlər çərçivəsində hərəkət edəcək. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun daha da azaldılması ilə bağlı addımları istisna etmək olmaz. Əgər Ermənistan-Türkiyə münasibətləri normallaşarsa, Gümrüdə Rusiya bazasının qalmasının mənası olmayacq”, - deyə ekspert əlavə edib.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar