Ru
14:20 / 30 İyun 2022

Deputat arvadını 2 dəfə öldürməyə cəhd edən tələbə tutuldu - Sirli cinayət

4045
Moskvanın Qaqarinskiy məhkəməsində Moskva bələdiyyəsindən deputat Mixail Xananaşvilinin arvadı Svetlanaya qarşı sui-qəsd üzrə iş icraata alınıb.


Bakupost.az xəbər verir ki, cinayətin sifarişçisi qismində özəl “Russkiy Qarvard” məktəbinin direktoru 35 yaşlı Vasilisa Maslova məhkəməyə gətirilib.


Onun sifarişi ilə keçmiş şagirdi 21 yaşlı Nikolay Frolov və onun 20 yaşlı sinif yoldaşı İrina Poqarçenko Svetlananı 2 dəfə öldürməyə cəhd edib.


2018-ci ildə Svetlanaya 2 nəfər hücum edərək başından küt zərbə vuraraq qaçıb. Beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadına deputat olan ərinin rəqiblərindən kiminsə hücum etdiyi qənaətinə gəlinir, lakin polis heç kimi tuta bilmir.


İkinci dəfə 2020-ci ilin yanvarında qarlı havada Svetlanaya hücum edərək, 17 bıçaq zərbəsi vurublar. Səsə çıxan qonşuları görən ikili qaçıb gizlənib. Onlar üzlərini şarfla sarıdıqları üçün kameralarda tanımaq çətin idi.


6 litr qan itirən qadını 9 saat əməliyyat edən həkimlər son anda xilas edə bilib.





Bu dəfə polis Frolov ilə İrinanı tuta bilir. Onlar hücumu keşmiş müəllimləri, oxuduqları məktəbin direktoru, bir müddət onlarla bir evdə yaşamış Vasilisa Maslovanın xahişi ilə planlaşdırdıqlarını etiraf etməsələr də, polis 3 gün əvvəlki kamera görüntülərində bu üçlüyün maşınla Svetlananı ayrı-ayrı vaxtlarda izlədiklərini təyin edib. Bundan sonra əsl səbəbin üstü açılıb.


İllər öncə Mixaili məktəbinə İT mütəxəssisi kimi işə götürən Vasilisa sonradan onu bələdiyyəyə, daha sonra deputatlığa seçdirir. Bunun üçün ona külli miqdarda vəsait xərcləyib. Əvvəlcə şərik və dost olan cütlük sonradan sevgi münasibətlərinə keçib. Bundan xəbər tutan Svetlana onları şantaj edir, əri ilə Vasilisaya mane olurdu. Mixail Svetlanadan boşanacağını desə də, qadın boşanmaq istəmirdi, əksinə, hər ikisini şəhərdə biabır edəcəyini demişdi.


Bundan sonra Vasilisa Svetlananı aradan götürmək qərarına gəlir. Ona bu işdə keçmiş şagirdləri, indi isə universitet tələbəsi olan Nikolay və İrina kömək olur. Onlar ikinci anaları kimi qayğı gördükləri Vasilisaya etiraz edə bilmirlər.


İstintaq qrupu sonuncu hücumda deputat Mixail Xananaşvilini şəxsi zəmində sorğu-sual edərkən o bəzi ipucları verib. Əvvəlcə Vasilisa ilə dost və şərik olduqlarını desə də, sonradan ona bahalı hədiyyələr verdiyini bildirib.


Hazırda məhkəmə işi davam edir. Sifarişçi Vasilisa Maslovanın həbsi tələb olunsa da, onun hamilə olması barədə vəkilin iddiası nəzərdən keçirilir.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər