Ru
11:50 / 15 Mart 2023

Mövqelərimiz yenə atəşə tutuldu - Nazirlik

2356
Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub.

Bakupost.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Şərhlər
  • t.ədalət

    Qarabağ müharibəsini Putin tətikləyir.Bu dəfə döyüşə ölkənin nemətlərini yeyən YAP-çıların uşaqları gedəcək.Kasub-kusuba hökumət qiymət vermədi.Xalq bahalığın və qiymət artımlarının əlində girinc qalıb.Müharibə əlilləri və şəhid ailələrinə heç adi avtomobil müfəttişləri qayğı göstərmir.Müharibə əlillərinə əlillik vəsiqəsi vermək qadağan olunub.Müalicələr də yarımçıq edilir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər