Ru
12:25 / 13 May 2022

Müalicəyə göndərilən 1 yaşlı Amin vəfat etdi - Ürək dağlayan görüntülər - VİDEO

3339
"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Aminimiz də var idi. Bu gün Amini itirdik".

Bu sözləri "Səni Axtarıram" proqramında aparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, canlı efirdə leykozdan əziyyət çəkən 1 yaşlı Aminin Türkiyədə dünyasını dəyişdiyini açıqlayıb.

"Ailə böyük sevinclə hava limanından Türkiyəyə getdi. Amma gecikdilər. Çünki həkimlər körpənin bir həftə zamanı olduğunu söyləmişdirlər. Təəssüf ki, biz yetişə bilmədik".

Xatırladaq ki, X.Hidayətqızı daha əvvəl ki "Səni axtarıram"ın buraxlışlarında Amilin ailəsinin maddi imkanlarının olmadığını və təcili şəkildə körpəni Türkiyəyə müalicəyə göndərilməsi üçün xalqa müraciət etmişdi.

Qısa zamanda 55 min dollar pul toplanılmış və Amin ailəsi ilə birlikdə Türkiyəyə yola salınmışdı.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər