Ru
22:49 / 30 İyul 2022

"Mübarizədə iştirak etmək istəyirsə, özünü qadın kimi təqdim edə bilər” - Zaxarovadan Consona sərt sözlər

2105
“Böyük Britaniyanın Baş naziri Boris Conson NATO-nun yeni Baş katibi postu uğrunda mübarizədə iştirak etmək istəyirsə, özünü qadın kimi təqdim edə bilər”.


Bakupost.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.


Brüsseldə beynəlxalq qurumlardakı mənbədən bildirilib ki, Consonun NATO-nun Baş katibi vəzifəsinə namizəd olmaq şansı yoxdur, çünki o, qadın deyil və bu alyansa qəbul olunmuş dövlətləri təmsil etmir.


Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər