Ru
20:00 / 04 İyul 2022

Müəllimlərin sınağı: təklif var

2935
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı üzrə sertifikatlaşdırılmasına start verib. Proses iki mərhələdən – test imtahanı və müsahibədən ibarətdir.


Bakupost.az xəbər verir ki, Novator.az-ın məlumatına görə, iqtisadçı, pedaqoq, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, sertifikatlaşdırılma tələbinin bütün yaş qruplarına şamil edilməsi düzgün və ədalətli deyil:




“Elmi tədqiqatlar göstərir ki, 39 yaşdan sonra insanların uzunmüddətli yaddaşı sürətlə zəifləyir. Tibbi araşdırmalara əsasən, qadınlarda orta hesabla 52, kişilərdə isə 57 yaşdan sonra uzunmüddətli yaddaş işləyir, hətta yaddaşda silinmə müşahidə olunur. Bu yaş qrupundan yuxarı olanlar yeni oxuduqlarının və gördüklərinin ən yaxşı halda 3-5 faizini yaddaşda saxlaya bilirlər. Belə olan halda hələ pensiya yaşına çatmayan, amma məktəbdə tədris və tərbiyə ilə məşğul olan müəllimdən uğurlu imtahan gözləmək böyük ədalətsizliyə yol açacaq, işini itirənlərin böyük əksəriyyəti nə maaş, nə də pensiya ala biləcək. Təhsil Nazirliyini bu məsələni bir daha dəyərləndirib yenidən qərar verməyə çağırır, ya da müəllimlər üçün pensiya yaşının aşağı salınmasını təklif edirəm”.


Azərbaycanda kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər