Rusiya-Ukrayna müharibəsində həlak olan uşaqların yeni sayı açıqlanıb.
Bakupost.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun yaydığı məlumata əsasən, indiyədək 323 uşaq ölüb, 587 uşaq isə yaralanıb.
Zərərçəkmiş uşaqların sayı isə 910-a çatıb.
Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2 052 təhsil müəssisəsinə ziyan dəyib, 210-i isə tamamilə dağılıb.