Ru
11:47 / 01 Sentyabr 2021

Müxtəlif minerallarla zəngin arı südünün inanılmaz FAYDALARI

27471
Su, karbohidrat, protein, yağ, B vitaminləri və müxtəlif minerallarla zəngin arı südü bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

Bakupost.az arı südününü faydalarını təqdim edir:

Xolestrolu aşağı salır

Həm heyvanlar, həm də insanlar üzərindəki aparılan çalışmalara görə, arı südü xolesterolu aşağı edir, infarkt riskini azaldır. 2017-ci ildə aparılan bir araşdırmaya görə, 3 ay boyunca gündə təxminən 3 qram arı südü içən insanlarda xolestrol səviyyəsi 11,5 ve 4,8 faiz azalıb.



Qan təzyiqini aşağı edir

Aparılan çalışmalarda, arı südünün qan təzyiqini aşağı etdiyi məlum olub.

Qan şəkərini aşağı salır

Arı südü oksidatif stressi və iltihabı azaldaraq qan şəkərini və insulin normasını tarazlaşdırır. 2012-ci ildə aparılan bir araşdırmada 6 ay boyunca gündə 3 qram arı südü qəbul edənlərdə qan şəkəri önəmli miqdarda azalıb.



İmmun sistemini gücləndirir

Arı südündəki proteinlər və yağ asidləri, infeksiya riskini azaldır, xəstəliklərə qarşı mübarizə aparır.

Klimaksın simptomlarını azaldır

Klimaksın ağrı, depressiya və s. kimi yan təsirləri ola bilər.

2018-ci ildə yayımlanan çalışmada, 12 həftə boyunca gündəlik 800 mq arı südü qəbulu kürək, bel ağrısı və digər narahatlıqları azaltdığı məlum olub.



Arı südünün yan təsirləri varmı?

Arı südünün astma, dermatit kimi yan təsirləri var. Allergiyası olanlar xüsusən diqqətli olmalıdırlar.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər