Ru
08:59 / 24 May 2022

Müzakirə edilməyən məsələlər Brüssel görüşünə damğa vurdu - Azərbaycan nə qazandı?

3145
“Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında bu vaxta qədər aparılan mümkün sülh danışıqları prosesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər”.


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Hikmət Babaoğlu Brüsseldə baş tutan üçtərəfli görüşü şərh edərkən deyib.

Millət vəkili Brüssel görüşlərinin 3-cü raundunu ən məhsuldar görüş kimi dəyərləndirib:




“Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsip çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərəddüdlü bəyanatından sonra məhz elə həmin baza prinsiplər əsasında Brüsseldə nəzərəçarpaçaq razılaşmalar əldə edildi. İlk növbədə, qeyd etmək lazımdır ki, görüşə damğasını vuran məsələlər təkcə müzakirə edilən məsələlər deyil, həm də müzakirə edilməyənlər oldu. Məsələn, erməni tərəfinin bütün israrlarına baxmayaraq heç bir status məsələsi gündəmə daxil edilməmişdi. İkincisi, Azərbaycanın müəyyən etdiyi diplomatik leksikondan kənar heç bir ifadə işlədilmədi. Sadəcə Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunuldu”.


H. Babaoğlu bildirib ki, hər iki mövzuda ermənilərin israrla nəyəsə nail olmaq cəhdlərinə birdəfəlik son qoyuldu:


“Görünür, yalnız bu həqiqətlər Paşinyan tərəfindən yeni reallıq kimi dərk edildiyinə görə dərhal bir neçə istiqamət üzrə mövqelərdə birdən-birə yaxınlaşma baş verdi. Bu yaxınlaşmalar ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaxın günlərdə komissiyaların görüşməsi istiqamətində baş verdi”.


Millət vəkili vurğulayıb ki, mümkün sülh prosesi üçün, ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması prioritetdir:


“İkincisi, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası istiqaməti üzrə Baş nazirlərin müavinləri səviyyəsində görüşün olması ilə bağlı razılığın əldə edilməsi vacib məsələdir ki, burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. Elə bu blokda ən əsas məsələlərdən biri də gömrük qaydlarının müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə edilməsidir. Əslində, danışıqların irəliyə doğru getməsinə mane olan əsas məsələlərdən bir bu idi. Çünki bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi üzrə paralellik təşkil etmə baxımından aktual idi. Digər mühüm blok humanitar blok idi ki, burada da minaların xəritələrinin verilməsi, erməni terrorçularının qaytarılması və Birinci Qarabağ savaşında itikin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi məsləsi idi ki, beş saatılq görüşdə bu da müzakirə edildi. Xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşməsi ilə bağlı razılaşma isə ondan xəbər verir ki, mümkün belə görüş artıq yuxarıda dediyimiz mövzularda müəyyən nəticələrin əldə edilməsindən sonra baş tutacaq ki, bu da özlüyündə iyul- avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü üçün zəmin yarada biləcək. Ona görə də Brüssel görüşlərinin 3-cü raundunu ən məhsuldar raund kimi qiymətləndirmək mümkündür”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər