Ru
17:58 / 03 Noyabr 2022

“Nar” SABAH Bilik yarışmasının keçirilməsinə dəstək oldu - FOTO

4203
“Nar” SABAH qrupları layihəsi çərçivəsində 1 000-ə yaxın komandanın iştirak etdiyi SABAH Bilik yarışmasının təşkilinə dəstək olub. Layihənin əsas məqsədi istedadlı tələbələrin daha da stimullaşdırılması və elmi-yaradıcı təşəbbüslərinin artırılmasına töhfə verməkdir.


SABAH Bilik yarışmasında 200 komanda məhz “Nar”ın dəstəyi ilə keçirilmiş mühəndislik üzrə Bilik Yarışmasının iştirakçısı olub. Yarışmanın final mərhələsində iştirak edən “Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov elm və təhsilin təşviqinə yönəlmiş layihələrin vacibliyini vurğulayıb: “Əminəm ki, intellektual yarışlar gənclərin gələcək inkişafında əvəzsiz rol oynayır. Məhz buna görə də, “Nar” bu cür intellektual yarışların keçirilməsinə hər zaman dəstək olur ”.


Elm və təhsilə marağın artırılması istiqamətində davamlı təşəbbüşlər edən “Nar”ın sosial layihələri ilə nar.az/projects səhifəsində tanış ola bilərsiniz.


“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər