Ru
22:45 / 21 Sentyabr 2022

“Bakcell” və "Nar" şəbəkəsində texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNİB

2465
Bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.



Bu barədə “Nar” şirkətindən bildirilib.


Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.


“Bakcell” şəbəkəsində yaranmış texniki nasazlıq da aradan qaldırılıb.


Şirkətdən bildirilib ki, artıq abunəçilər rahatlıqla “Bakcell” xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək.


***

19:30



Bu barədə “Bakcell” şirkətinin açıqlamasında bildirilir ki, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb:



“Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”.


NAR-dan verilən məlumatda isə qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb:


“Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.


Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.




***
19:15


"Nar" və "Bakcell"in mobil rabitə şəbəkəsi çöküb.



Bakupost.az xəbər verir ki, artıq yarım saatdan çoxdur ki, abunəçilər bu operatorların xidmətlərindən istifadə edə bilmirlər. Şəbəkə daxili və xarici  nömrələrə zənglər məhdudlaşdırılıb, internetdən də istifadə mümkün deyil.


Nə baş verdiyi ilə bağlı rəsmi məlumat isə yoxdur.


Aysel
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər