Ru
05:43 / 29 Avqust 2022

NASA-nın direktoru: “İnsanlar Ayda yaşayacaq və təhsil alacaqlar”

3813



“İnsanların Aya qayıdışı yarım əsrdən çox əvvəl olduğundan köklü şəkildə fərqlənəcək, bu dəfə insan uzun müddət Yerin peykinin səthində olacaq, orada yaşayacaq və təhsil alacaq”.

Bunu NASA-nın direktoru Bill Nelson “Artemis” proqramı çərçivəsində astronavtların Aya gələcək enişi kontekstində deyib.

“Biz Ayda eniş etdiyimiz və orada bir neçə gün qaldığımız vaxtdan daha uzun müddət qalmalıyıq. Biz orada yaşayacağıq, orada oxuyacağıq, yeni texnologiyalar inkişaf etdirəcəyik”, - deyə o vurğulayıb.

Eyni zamanda, NASA rəhbəri hesab edir ki, yaxın gələcəkdə bəşəriyyət Ayda geniş miqyasda məskunlaşmayacaq, insanların orada qalması kosmosda sağ qalmaq təcrübəsi qazanmaq üçün lazımdır: “Bütün bunlar başqa hansı dünyalarda yaşaya biləcəyimizi öyrənmək üçün lazımdır”.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər