Ru
18:50 / 25 Yanvar 2023

NATO ölkələrinin XİN rəhbərləri bu tarixdə görüşəcək

1497
NATO ölkələrinin xarici işlər nazirləri Norveçdə keçiriləcək qeyri-rəsmi görüşdə bir araya gələcək.

Bakupost.az xəbər verir ki, bu haqda NATO açıqlama yayıb.

Toplantının 31 may-1 iyun tarixlərində paytaxt Osloda keçiriləcəyi qeyd olunub.

NATO-nun Baş katibi Yens Stoltenberq mövzu ilə bağlı verdiyi şərhdə, “Norveçin təklifinə görə minnətdaram. Doğma şəhərimdə NATO xarici işlər nazirləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyib.

Stoltenberq bildirib ki, görüşdə Ukraynadakı müharibə ilə dəyişmiş təhlükəsizlik vəziyyəti və Ukraynaya dəstək müzakirə olunacaq.

Görüş həm də iyulun 11-12-də Litvada keçiriləcək NATO Liderlərinin Sammitinə hazırlıq xarakteri daşıyır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər