Ru
11:44 / 30 İyun 2022

Hərbçimiz faciəvi şəkildə vəfat etdi - FOTO

3360

Naxçıvanda hərbi hissədə əsgər ölüb.



Baş Prokurorluğun Mətbuat xidmətindən Bakupost.az -a cavab olaraq bildirilib ki, hadisə iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda baş verib.


Hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölüb.


Faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.

Şərhlər
  • Veteran

    Şair Qabil-dən: Şəhid sayılmayır? Gün vuran əsgər, Şəhid sayılmayır Don vuran əsgər. Şəhid sayılmayır – Qoy hamı bilsin! Qoy gül balaların Anası ölsün! Məgər kef-damaqda Gün vurdu onu? Məgər qarlı dağda Don vurdu onu? Məgər turist idi, Nəydi bu uşaq, – İşi dağı-daşı Boş-boş dolanmaq?! Şəhidlik zirvəsi Qanlı döyüşdə – Əlbəttə! Vətən uğrundakı Şanlı döyüşdə – Əlbəttə! Bəs bərkə, bəs boşa Salan təlimlər Çevrilib olmalı Müdhiş zülümlər? Dözümün həddi var – İnsan-insandır; Həddinsə həddini Aşmaq yamandır. Əsgər döyüşlərə Qanadlanmalı, – Yoxsa gün altında Bişib yanmalı?.. Əsgəri Vətənə Verir əmanət Ata-analar. Vətən də əsgərə Versin zəmanət, Versin iqtidar. Hər zabit cənab Qoy versin cavab. Əsgərə deməyin: – Vəfat eylədi! – Onu gün vuranda, Don vuranda da – Öz şəhidliyini İsbat eylədi. Başına ildırım Şaxıyanda da, Üstünə quzğunlar Şığıyanda da. Şəhidlik qanunu Nədən ibarət? Torpağa, bayrağa, Xalqa sədaqət! Adı bir, şəkli min. Qəhrəmanlığın Daş-tərəzisimi, Arşınımı var? – Deyin! Axı deyin, – Qəhrəmanlığın?! Şəhid sayılmayır Hər ölən əsgər, Şəhidlik meyarı – Döyüş və səngər. Səngərə, döyüşə Gedən yolları Əsgər tabutları Bağlayır axı; Nakam ömürlərin Nakam baharı Vallah, ürəkləri Dağlayır axı. Əsgər çayda batır – Şəhid sayılmır. Qasırğada itir – Şəhid sayılmır. Əsgər özbaşına Batmayıb axı, Əsgər özbaşına İtməyib axı. Bəs döyüş təlimi Döyüş deyilmi? Düşmənin üstünə Yürüş deyilmi? Əsgər çimərlikdə Boğulmayıb ki... Hərami düzündə, Murov dağında Səngərsiz ölməkçin Doğulmayıb ki... Əndazə verilir Köçkün-qaçqına Bir əsgər təlimdə Düşür uçquna. – Şəhid oldu! – demir, – Öldü! – deyirik. – Tabutu hörmətlə Gəldi – deyirik. Gəldi öz evinə, Öz ünvanına. Ananın cırılır Siri-sifəti, Atanın qolları Düşür yanına. Ay ananız ölsün, Adsız igidlər! Dad-ləzzət görməyən Sütülcə əsgər. Hələ də titrəyir Daşkəsəndəki Əsgərlər gömülən Torpağın təki... Bəlkə lap hələ də Uşaqlar diri, – Şəhid sayılmayır Fəqət heç biri. Şəhid sayılmayır Hər ölən əsgər, – Vətən çağrışına Hər gələn əsgər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər