Bu gündən başlayaraq Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılır.
Bakupost.az Yenisabah.az -a istinadla xəbər verir ki, bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb.
Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov bildirib ki, maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur:
"DYP olaraq yükdaşıma fəaliyyətini həyata keçirən və bu istiqamətdə çalışan həm fiziki şəxslərin eyni zamanda hüquqi şəxslərdən tələbimiz ondan ibarətdir ki, yükdaşıma fəaliyyətlərini qeyd olunan şərtlər daxilində həyata keçirsinlər".
Qeyd edək ki, kilosu beş tondan artıq olan yük maşınları ancaq qadağan edilmiş saatlar xaricində şəhərə daxil ola biləcəklər. Qadağa nişanlarının quraşdırılmasında məqsəd şəhərdaxili yollarda sabitliyi təmin etmək, baş verə biləcək qəzaların qarşısını almaqdır.