Ru
10:05 / 27 Yanvar 2022

Nazir generalın qardaşını müavin təyin etdi

4054
Ağdaş Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verilib.

Bakupost.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Mustafayev Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi polis general-mayoru Mirqafar Seyidovdur.

Xatırladaq ki, Rasim Mustafayev Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır. O, bir neçə gün öncə Ağdaş RPŞ-nin rəisi vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər