Ru
22:28 / 17 Avqust 2022

Nazirin ofisi yandırıldı - FOTO

2015
Naməlum şəxslər Almaniyanın ailə məsələləri üzrə federal naziri Liza Pausun ofisini yandırıblar.



Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Birlik 90/Yaşıllar” partiyası məlumat yayıb.



Bildirilib ki, Liza Pausun seçki dairəsində yerləşən ofisində yanğın törədilib. Həmçinin Yaşıllar Partiyasının Şarlottenburq-Vilmersdorfdakı ofisi yandırılıb.



Hadisə nəticəsində xəsarət alan olmayıb.



Nazirə qarşı bu cür addımın atılması onun iyun ayında təqdim etdiyi layihə ilə əlaqələndirilir. Belə ki, Pausun Almaniyanın ədliyyə naziri Marko Buşman ilə birlikdə ictimaiyyətə təqdim etdiyi yeni qanun layihəsi vətəndaşlara tibbi arayışlar olmadan özbaşına cinsiyyətin dəyişdirilməsi üçün müraciət etmək imkanı verir. Layihədə yaş həddi isə 14 olaraq müəyyən edilib. Qanun layihəsinə görə, bu yaşdan etibarən hər kəs valideynlərindən və ya qanuni qəyyumlarından icazə alaraq cinsinin və adının dəyişdirilməsi üçün yerli qeydiyyat şöbəsinə müraciət edə bilər.


Aysel
Baku Post
Nazirin ofisi yandırıldı - FOTO
Nazirin ofisi yandırıldı - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər