Ru
12:56 / 21 Oktyabr 2022

Nazirin şagirdlər üçün qadağalarına professordan SƏRT REAKSİYA

12355
Xəbər verdiyimiz kimi, artıq gələn ildən orta məktəblərdə şagirdlərə yeni qadağalar tətbiq ediləcək.


Geyimlərlə bağlı qoyulan qadağa geniş müzakirəyə səbəb olub, eyni zamanda valideynlər tərəfindən birmənalı qarşılanmayıb. Ümumiyyətlə, məktəblərdə bu qadağaların tətbiqi nə dərəcədə doğru və effektlidir?


Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, məktəblərdə qoyulan qadağalar çox əhəmiyyətsizdir.


Professor qeyd edib ki, bu, Azərbaycan xalqının arzuladığı təhsil deyil:



"Məktəblərdə qoyulan qadağaları doğru hesab etmirəm. SSRİ-də atom bombası layihəsinin elmi rəhbəri, akademik Yuli Xariton deyirdi ki, elmdə, təhsildə qadağalar olmaz, amma hərbidə olar. Elm-təhsil hərb deyil ki, orada hər şey qadağalarla olsun. Məktəbə ona görə pul ayrılır ki, uşaqlara faydalı, effektli tədris verilsin. Yoxsa qadağan etmək nədir? Çox əhəmiyyətsiz bir şeydir. Bu problem gündəlikdə varsa, kökünü tapıb həll etmək lazımdır. Bunun səbəbini hüquqşünas, iqtisadçı heç vaxt bilməz. Nəyi, necə etmək lazım olduğunu yalnız pedaqoqlar bilər. Əlbəttə ki, məktəbli forması alqışlanası bir hadisədir. Lakin məktəb o qədər yaxşı olmaldır ki, uşaq o formanı geyinəndə məktəbliyəm deyib, fəxr etməlidir".


Ekspertin fikrincə, formanı zorla məktəbliyə geyindirmək, yaxud çıxartmaq dorğu deyil:


"Bu, Azərbaycan xalqının arzuladığı təhsil deyil. Ola bilər, kimlərsə bunu arzu edib. Xarici filmlərə nəzər yetirsəz görərsiz ki, məktəblərdə uşaqlar stolun üstünə çıxır. Lakin müəllim onu qadağan etmir, sadəcə, başa salır. Tərbiyə sistemi nədən ötrüdür? Qadağalar qoymaqdansa, məktəbdən qovulmuş tərbiyə sistemini yenidən məktəbə gətirsinlər".


Qeyd edək ki, şagirdlərlə bağlı həmin layihə artıq nazirliyin saytında yayımlanıb.



Fərid
Baku Post
Şərhlər
  • NƏCƏFOV BƏXTİYAR AĞAQULU OĞLU.......

    DAHA TƏHSİLDƏN DANIŞMAQ VƏ ONU MÜZAKİRƏ ETMƏK MƏNASIZ VƏ ƏHƏMİYYƏTSİZDİR........ARTIQ BÜTÜN MEYARLAR DAĞIDILIB VƏ MƏHV OLUBDUR.......ƏN ƏSASI ODUR Kİ . ELM VƏ TƏHSİLİ BU SAHƏNİ MÜKƏMMƏL BİLƏN . ÖZÜNÜ FƏDA EDƏN . SAVADLI , MİLLİ DÜŞÜNCƏSİ YÜKSƏK İNKİŞAF EDƏN , ÖZÜNÜ HƏTTA İDARƏ EDƏ BİLƏN MÜTƏXƏSSİSLƏRƏ TAPŞIRMAQ LAZIMDIR........ƏGƏR BİR TƏHSİLDƏ RÜŞVƏT OLURSA . DƏRS VƏSAİTLƏRİ SENZURADAN KEÇMİRSƏ , FƏDAKAR MÜƏLLİMLƏRƏ YER VERİLMİRSƏ , TƏHSİL ELMƏ , ELM TƏHSİLƏ İNTEQRASİYA OLMURSA , MƏKTƏBLƏRDƏ ŞAGİRDLƏR ÜÇÜN ƏYANİ VƏSAİT YOXDURSA . YALANÇI , QONDARMA TESTLƏR HAZIRNLANIRSA , DÜŞÜNCƏNİ İNKİŞAF ETDİRƏN MƏSƏLƏ , MİSAL VERİLMİRSƏ , ŞAGİRD MƏKTƏBƏ GETMİRSƏ . RÜŞVƏTLƏ DİREKTORLAR TƏYİN EDİLİRSƏ . MÜƏLLİMƏ YAŞAMAQ ÜÇÜN ƏMƏK HAQQI VERİLMİRSƏ , MÜƏLLİMƏ HÖRMƏT QOYULMURSA ,ŞAGİRDƏ MÜƏLLİM HEÇ BİR CƏZA TƏTBİQ EDƏ BİLMƏZSƏ , ŞAGİRDİN TƏRBİYƏSİ HAQQINDA HEÇ BİR MEYAR , ÖLÇÜ QOYULMURSA ,ŞAGİRD MÜƏLLİMƏ HÜCUM EDİRSƏ . TƏHSİL QANUNUNDA BÜTÜN BU QEYD OLUNAN GÖSTƏRİCİLƏR ÖZ ƏKSİNİ TAPMIRSA . TƏKCƏ GEYİMLƏ MƏKTƏBİN PROBLEMİ HƏLL OLUNURSA VƏ SADALANASI SONSUZ FAKTLAR VƏ ARQUMENTLƏR GÖSTƏRMƏK OLAR Kİ , ONLARDAN BİRİDƏ TƏBİİ Kİ , ŞAGİRDİN GEYİMİDİR . ƏLBƏTTƏ Kİ , QIZ UŞAĞI NİYƏ AÇIQ- SAÇIQ GEYİMLƏ MƏKTƏBƏ GƏLMƏLİDİR ?.NİYƏ ???.......DƏRS ZAMANI ŞAGİRD NİYƏ ƏLİNDƏ MOBİL TELEFON OYNATMALIDIR ?......SAQQIZ ÇEYNƏMƏLİDİR .., YEMƏK YEMƏLİDİR !..SƏS SALMALIDIR , MÜƏLLİMƏ ATMACA ATMALIDIR......DAHA NƏLƏR , NƏLƏR........SONRADA DEYİRLƏR Kİ . MÜƏLLİM ELƏ ETMƏLİDİR Kİ , ŞAGİRD ONU EŞİTSİN......BÜTÜN BU MƏSƏLƏLƏR KOMPLEKS HƏLL OLUNMALIDIR...EYNİ ZAMANDA QANUNLARLA.....YOXSA SİSTEMSİZ GÖSTƏRİŞLƏRLƏ TƏHSİL VERMƏZLƏR...EYİBDİR.HEÇ OLMAZSA KEÇMİŞDƏKİ SSRİ TƏHSİL SİSTEMİNDƏN YAXŞILARINI GÖTÜRÜN KÖÇÜRÜN ÖYRƏNİN DƏƏƏƏƏ.........KƏBLEYİ MÜSƏLMAN TƏHSİL QANUNU YAZACAQDIR ?...KƏBLEYİ -- MÜSƏLMAN YAXŞI RÜŞVƏT ALMAĞI BİLİR....FİKİRLƏŞMƏK İSTƏMİR....ASAN YOLLARLA "QAZ VURUB QAZAN DOLDURMAĞI " BİLİR .....MƏHZ AZƏRBAYCAN MƏKTƏBLƏRİNDƏ GÜCLÜ İNZİBATİ CƏZA TƏDBİRLƏRİ TƏTBİQ OLUNMALIDIR...BU MİLLƏT DEMOKRATİYA MİLLƏTİ DEYİL !!!........BU HAQDA SONSUZ FAKTLAR SADALAYA BİLƏRƏM....TƏBİİ Kİ , ŞAHLAR MÜƏLLİMİN FİKRİNİ BƏYƏNİRƏM.....VƏ BİZİM MÜƏLLİMİMİZ KİMİ BÖYÜK HÖRMƏTİM VAR.....PROBLEM KÖKLÜ , ELMİ , QANUNİ ŞƏKİLDƏ HƏLL EDİLMƏLİDİR !!!....YÜKÜN ALTINA HEÇ KİM GİRMƏYƏNDƏ BELƏ OLACAQ.....YƏNİ GÖRDÜYÜNÜZ SİSTEMSİZLİK OLACAQDIR.....MƏN FİZİKANI QANIRAM , O SAHƏDƏ YENİLİKLƏRİM OLSA BELƏ BAŞIMI HEÇ DƏ HƏR YANA " ZAD " ETMİRƏM......YERİNDƏN DURAN VƏZİFƏ AXTARŞINDADIR.BELƏ DƏRD OLAR ?......İNSAN ÖZ YERİNİ BİLMƏLİDİR.....ƏLBƏTTƏKİ , BÜTÜN SAHƏLƏRİ İDARƏ ETMƏK GÜCÜMDƏ , AĞLIM DA VAR.AMMA BAŞIMI HƏR YANA SOXMAQ FİKRİNDƏDƏ DEYİLƏM...ONA GÖRƏDƏ İLK NÖVBƏDƏ MƏDƏNİYYƏTİ İNKİŞAF ETDİRMƏLİYİK......ELM VƏ MƏDƏNİYYƏT YOX !!!...ƏVVƏLCƏ MƏDƏNİYYƏTDƏN BAŞLAMALIYIQ........ÇÜNKİ YER SƏHV DÜŞƏNDƏ BELƏ OLUR !!!........MƏNİM ATAMDA , ÖZÜMDƏ , BÖYÜK QARDAŞIMDA ƏMƏKDAR MÜƏLLİM MÜƏLLİM AD ALMIŞIQ.......ATAM AĞAQULU NƏCƏFOV QƏRBİ AZƏRBAYCANDA ERMƏNİSTAN ALİ SOVETİNİN QƏRARI İLƏ ƏMƏKDAR MÜƏLLİM , MƏN İSƏ RUSİYA TƏRƏFİNDƏN VERİLMİŞ ƏMƏKDAR ELM VƏ TƏHSİL XADİMİYƏM......YAZDIQLARIMDA NAĞILLAR ALƏMİNDƏN DEYİL.....MÖVCUD TƏCRÜBƏLƏRİN ƏSASINDA YAZMIŞAM......ŞAGİRD ORTA MƏKTƏBDƏ SİNİFDƏ QALMASA O HEÇ VAXT OXUMAYACAQDIR`........YAXŞI SİNİFDƏ SAXLAMAQ İSTƏMİRSİNİZSƏ ONU BAŞQA FORMADA HƏLL ETMƏK LAZIMDIR..YOXSA ŞAGİRDƏ HEÇ NƏ ETMƏK OLMAZ !!!.BU ABSURD VƏ KEYFİYYƏTSİZ BİR ÖLÇÜ MEYARIDIR !!!.....YALANÇI ATTESTAT KİMƏ LAZIMDIR ???...ELƏ ŞAGİRDİ CƏMİYYƏTƏ SAXTA VƏTƏNDAŞ ŞƏKLİNDƏ BELƏ HAZIRLAYIRSINIZ.....NƏTİCƏDƏ ƏQİDƏSİZ VƏTƏNDAŞ YETİŞİR.......

  • Babayev Şəhriyar

    Şahlar müəllimə təşəkkür edirəm. Çox yığcam, lakin dəqiq şərhi ilə təhslimizdə baş verən NÖQSANLARI (mən hətta deyərdim yarıtmaz idarəetmə və səhvləri) qeyd etmişdir; - "... Bunun səbəbini hüquqşünas, iqtisadçı heç vaxt bilməz. Nəyi, necə etmək lazım olduğunu yalnız pedaqoqlar bilər." (təhsil sistemindəki AĞIR vəziyyətin dəqiq izahı!!!) - "... məktəbdən qovulmuş tərbiyə sistemini yenidən məktəbə gətirsinlər" (Şahlar müəllimin fikrinə kiçik düzəliş edərdim - "... məktəbdən qovulmuş tərbiyə sistemini yenidən məktəbə QAYTARSINLAR" Amma məm pessimistəm - əvvəlki, sözün əsl mənasında PEDAQOQLARIN və METODİST ALİMLƏRİN bir çoxu dünyalarını dəyişiblər. Şahlar müəllim kimi ömür sürən görkəmli və qocaman təhsil işçilərinin isə məsləhətlərinə təhsil idarəetməsində əyləşən hüquqşünas və iqtisadçılar əhəmiyyət vermirlər! İtirən isə xalqımız və gələcəyimizdir! Çox təəssüf...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər