Ru
13:29 / 21 İyun 2022

Nazirlərin maaşı 12 min, deputatlarınkı 10 min ola bilər...

2919

Xəbər verdiyimiz kimi, ötən gün "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna edilmiş dəyişikliyə əsasən deputatların maaşı artırılıb.



Bakupost.az xəbər verir ki, bu qərar sosial şəbəkədə ciddi müzakirəyə səbəb olub və çoxluq bu qərarı tənqid edib.


İqtisadçı Natiq Cəfərli də mövzu ilə bağlı öz fikirlərini paylaşıb.


"Məmləkətdə nazirlərin maaşı lap 12 min manat da ola bilər, olmalıdır da – tək şərt onların təyin edilmiş deyil də, proporsional qaydada seçilmiş Parlamentdən çıxsınlar və onları təyin edənin deyil də, seçənlərin qarşısında hesabatlı olsunlar,

- Ölkədə deputatların maaşı lap 10 min manat da ola bilər, olmalıdır da – yeganə şərt odur ki, seçilmiş olsunlar,

- Azərbaycanda məhkəmə hakimlərinin maaşı lap 15 min manat da ola bilər, olmalıdır da – yetərki qanunlarla, ədalətlə, müstəqil qərar versinlər,

- Və nəhayət, ölkədə maaşlar, təqaüdlər, sosial müavinatlar də kəskin artırılmalıdır – amma paralel olaraq azad, rəqabətli iqtisadi mühit, aşağı vergilər-rüsumlar, ədalətli məhkəmə sistemi də olmalıdır ki, maaş və təqaüdlər artan kimi inflyasiyanın, qiymət artımının “yeminə” çevrilməsin".

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Natiq Səfərli-yə

    Avazın yaxşı gəlir,dediklərini eşidən olsa! DEputatın maaşı ona görə yüksəkdir ki, onlar təyin olunublar və xalqdan xəbrləri yoxdur və onları siyahiyə yazanlara xidmət edirlər.Məhkəmələrə maaş verməsələr də rüvətləri onlaraartıqlaması ilə yerər. Nazirlər ixtisasına uyğun təyin olunsa bəlkəölkəyə xeyri dəyət,ağıllı və doğru qərar verə bilərlər.Ancaq onlar büdcə yeyintisinin ustalarıdır. Ona görə xiyar əyri bitib.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər