Ru
14:11 / 20 Sentyabr 2022

Nazirlik qaziləri filmə çəkdi - "Köhnə çamadanlar" - VİDEO

1135

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatr MMC-nin istehsalı olan "Köhnə çamadanlar" bədii filmi real hadisələr əsasında çəkilib.


Bakupost.az xəbər verir ki, tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər. Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır.


Hadisələr fonunda müharibə, onun insan psixologiyasında buraxdığı izlərə rəğmən heç bir halda haqqın zəfərinə, qələbəyə inamının itmədiyinin şahidi oluruq.


Final səhnələri Azərbaycan ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır. Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar.


Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür.


Vətən müharibəsinin bəzi iştirakçılarının da iştirak etdiyi filmi 29 sentyabrdan şəhərimizin “CinemaPlus” kinoteatrlarından izləyə bilərsiniz.






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər