Ru
23:54 / 21 İyul 2022

"Neftçi" mövsümün ilk oyununda məğlub oldu

2186
İyulun 21-də Bakının “Neftçi” futbol klubu UEFA Konfrans Liqasının 2022-2023-cü il mövsümündə ilk oyununu keçirib.



Bakupost.az xəbər verir ki, turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakı təmsilçisi Kiprdə yerli "Aris" klubunun qonağı olub.



Xorvatiyalı baş hakim İvan Bebekin idarə etdiyi oyunda “Neftçi” 0:2 hesabı ilə məğlub olub. Kipr klubunun qollarını Kaju və Artur Yannik Qomis vurublar.



Komandalar arasında cavab qarşılaşması 1 həftə sonra Bakıda “Bakcell Arena”da keçiriləcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər