Ru
23:10 / 28 İyul 2022

“Neftçi” növbəti mərhələyə yüksəldi - YENİLƏNİB

2335
Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Neftçi" və Kipr "Aris"inin start heyətləri açıqlanıb.


Bakupost.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:


"Neftçi": 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval


Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov


"Aris": 1. Vana, 3. Kaju, 7. Leo Benqtsson, 8. Morqan Braun, 13. Delmiro Evora Naskimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke


Ehtiyat oyunçular: 28. Neofitos Stilianu, 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave


Qeyd edək ki, "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.


***


"Neftçi" - "Aris" görüşü başladı.


***


Donyo matçın 38-ci dəqiqəsində "Neftçi"nin ilk qolunu vurdu: 1-0.


***


Eddi İsrafilov 57-ci dəqiqədə "Neftçi"nin ikinci qoluna imza atdı: 2-0.


***


Sayef komandasının 3-cü qolunu vurdu: 3-0.


Qarşılaşmanın canlı yayımını BURADAN izləyə bilərsiniz.

***

“Neftçi” klubu Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.



Bakı komandası Kipr təmsilçisi “Aris”i mübarizədən kənarlaşdırıb.



II təsnifat mərhələsinin səfərdəki ilk qarşılaşmasında gözlənilmədən 0:2 hesabı ilə uduzan “Neftçi” “Baksell Arena”da inamlı qələbə qazanıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda turnirin növbəti mərhələsinə yüksəlib.



Qeyd edək ki, bakılıların rəqibi “Rapid” – “Lexiya” duelində müəyyənləşəcək. Növbəti raundun görüşləri avqustun 4-ü və 11-də baş tutacaq.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər