Ru
19:48 / 09 Dekabr 2021

Nərgiz Əliyeva: İsti və işıqlı evdə yaşamağımızı Saakaşviliyə borcluyuq - VİDEO

1845
"Əgər biz bu gün asfaltlı yolda gəziriksə, diplomluyuqsa, isti və işıqlı evimizdə yaşayırıqsa bunu Saakaşviliyə borcluyuq. Biz hər zaman öz etirazımızı bildirməliyik və küçələrə çıxaraq Mixail Saakaşviliyə azadlıq tələb etməliyik".

Bakupost.az xəbər verir ki, bu fikirləri müxalif "Vahid Milli Hərəkat"ın üzvü Nərgiz Əliyeva söyləyib.

"Bilirsiniz ki, ölkənin müasir qurucusu olan Mixail Saakaşvili Rusiyadan başqa dünyanın heç bir ölkəsində tanınmayan əsassız sanksiyalarla həbsdədir. Biz haqq-ədalətdən danışa bilmərik çünki, hər bir vətəndaşımızın haqqı elə seçkilərdə tapdalanmağa başlayır və ondan sonra davam edir. Bildiyiniz kimi bu gün Mixail Saakaşvilinin növbəti məhkəmə prosesidir. Bu səbəbdən də biz bu gün bu şəkildə səsimizi çatdırmaq istədik. Marneulinin Bələdiyyəsinin 2022-ci il büdcəsini köhnə tərkib qəbul etdi. Belə bir şey heç vaxt Gürcüstan tarixində olmayıb. Buna etiraz olaraq mən, Şuranın ilk iclasında ədalətli seçki və təbii ki, Gürcüstan qurucusu və üçüncü prezidenti Mixail Saakaşvili azadlıq tələb etdim. Bu tələb yerinə yetirilənə qədər Gürcüstanda demokratiya olmayacaq və biz haqq-ədalətdən danışa bilmərik", -deyə o qeyd edib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər